16 İyun 2014 21:23
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Şimal bölgəsində müşavirə keçirib.

Bu barədə Teleqraf.com-a KXCP sədrinin müavini Xəzər Teyyublu məlumat verib. Onun sözlərinə görə, Qusar rayonunda keçirilən müşavirədə KXCP-nin Quba, Qusar, Şabran və Xaçmaz rayon şöbələrinin rəhbərliyi, KXCP Ali Məclisinin sədri Bəybala Əbil, KXCP sədrinin müavini Xəzər Teyyublu, partiya funksioneri Gülbala Tağıyev iştirak edib.

Müşavirədə ictimai-siyasi vəziyyət və qarşıda duran vəzifələr, o cümlədən KXCP-nin qarşıdan gələn bələdiyyə seçkilərində iştirakı ilə bağlı qərarı müzakirə edilib.

Tədbirdə görüləcək işlər barədə müvafiq tapşırıqlar verilib. İyunun 24-də keçiriləcək Ali Məclisin iclasında şöbə rəhbərlərinə daha da aktiv şəkildə iştirak etmək tövsiyə edilib. Bundan başqa AXC-nin yaranmasının 25-ci ildönümü münasibəti ilə yerlərdə tədbirlər keçirilməsi ilə bağlı da tapşırıqlar verilib.

Kəmalə


Müəllif: