12 Aprel 2016 11:54
1 799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) yaxın media Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlını “qəhrəman” elan edib.

Buna səbəb Nemət Pənahlının ötən gün evindən çıxarkən AXCP sədri Əli Kərimliyə etiraz edən insanları məzəmmət etməsi səbəb olub.

Ancaq bəllidir ki, Nemət Pənahlı ilə Əli Kərimli arasında hər zaman soyuq münasibətlər mövcud olub. İndi AXCP-yə yaxın medianın Pənahlını qəhrəman elan etməsi başadüşülən olduğu qədər də təəccüblüdür.

Uzun illər AXCP-nin fəallarından olan, ancaq rəhbərliyə etiraz etdiyi üçün partiyanın Nərimanov rayon şöbəsindən qovulan Dəyanət Babayev maraqlı bir xəbər yayıb.

Teleqraf.com xəbər verir ki, gənc fəal sosial şəbəkədə bir hadisəni cəbhəçilərə xatırladıb.

Dəyanət Babayev qeyd edib ki, Milli Şura Məhsul stadionunda növbəti mitinqlərdən birini keçirmək üçün hazırlıq işləri görürmüş. Qərara alınıbmış ki, hər bir fəal həbsdə olan məhbuslardan birinin fotosunu qaldırsın:

“O zaman Əbülfəz Qurbanlı AXCP Gənclər Komitəsinin sədri idi. Gənclərdən biri təklif etdi ki, Nemət Pənahlının da şəkli mitinqdə qaldırılsın. Lakin Əbülfəz Qurbanlı etiraz etdi, bildirdi ki, buna qətiyyən yol vermək olmaz. Fikrini belə əsaslandırdı ki, Nemət Pənahlı vaxtilə AXC hakimiyyətinə qarşı fəaliyyət göstərib və onun hakimiyyətdən getməsi üçün əlindən gələn hər şeyi edib.

Üstəlik əlavə etdi ki, Nemət Pənahlı 17 saylı cəzaçəkmə müəssisəsində saxlanılır və oradan gələn xəbərlərə görə, hər gün Əli Kərimlini söyür. Nemət Pənahlı ümumiyyətlə satqın olub və mən onun fotosunun mitinqdə qaldırılmasının əleyhinəyəm”.

Dəyanət Babayev qeyd edib ki, bu söhbət Müsavat Partiyasının qərargahında olub, çünki həmin dövrdə Müsavat da Milli Şurada təmsil olunurdu: “Mən Əbülfəz Qurbanlıya etiraz etdim, bildirdim ki, Pənahlı milli azadlıq hərəkatının öncüllərindən olub, şəkli hökmən olmalıdır. Bu mübahisənin səhərisi mitinq oldu və Nemət Pənahlının şəkli aksiyada qaldırılmadı. Bundan sonra mən Əbülfəz Qurbanlıya dedim ki, Nemət Pənahlının fotosunun mitinqdə qaldırılmasına imkan yaratmadınız. Əbülfəz Qurbanlı isə mənə maraqlı bir fikir dedi. Bildirdi ki, mən kiməm ki? Onun şəklinin olmasına Əli Kərimli də narazı oldu. İndi nə oldu ki, Nemət Pənahlı qəhrəmana oldu?”

Turqut


Müəllif:

Oxşar xəbərlər