12 Aprel 2016 12:17
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. İslam ölkələrinin bu məsələdə həmrəyliyi münaqişənin ədalətli həllinə töhfə verə bilər.

Bu fikri İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərinin İstanbulda keçirilən toplantısının açılışında çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Nazir deyib ki, İƏT-in İstanbul Sammitinin dünyadakı digər münaqişələrlə yanaşı, Dağlıq Qarabağ problemi ilə bağlı daha bir qərar qəbul etməsinə ehtiyac var. Münaqişə yalnız BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünə dair məlum qətnamələri əsasında, Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində həll olunmalıdır. (Azərtac)


Müəllif: