12 Aprel 2016 14:09
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Roma Papası Fransiskin səfəri Cənubi Qafqazregionu üçün böyük əhəmiyyətə malikdir".

"Report" "Radio Vatikan"a istinadən xəbər verir ki, bunu Qafqazın apostol administratoru yepiskop Cüzeppe Pazotto deyib.

Onun sözlərinə görə, səfər Ermənistan və Azərbaycan arasında mövcud olan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır.

Yepiskop Dağlıq Qarabağ bölgəsində atəşkəsin davam edəcəyinə ümid etdiklərini də sözlərinə əlavə edib.

"Papanın regiona səfər etməsi çox əhəmiyyətlidir. Bu regionda katoliklərin sayı az olsa da, katolik icmalar müxtəlif vəziyyətlərdə əlaqələrin qurulmasında mühüm rol oynayır", - deyə o vurğulayıb.

Vatikanın mətbuat xidmətinin məlumatına görə, Roma Papası 30 sentyabr - 2 oktyabr aralığında Gürcüstana və Azərbaycana səfər etmək niyyətindədir. Roma Katolik Kilsəsinin rəhbəri iyunun 25-dən 27-dək isə Ermənistanda səfərdə olacaq.


Müəllif:

Oxşar xəbərlər