Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalber bu həftə regiona səfər edəcək.
Teleqraf.com-un məlumatına görə, bu haqda Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Avropa Parlamentinin plenar iclasındakı çıxışında məlumat verib.
Onun sözlərinə görə, səfər Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yaranan son vəziyyətlə bağlıdır. O deyib ki, aprelin 2-də tərəfləri təmkinli olmağa və atəşkəsə riayət etməyə, döyüşlərdən çəkinməyə çağırıb: “Mən şəxsən Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə konstruktiv söhbətlər həyata keçirdim. ATƏT-in Minsk qrupunun həmsədrlərinə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün yaradılmış beynəlxalq formatı dəstəklədiyimizi bildirdim. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi tərəflərlə əlaqəni düzgün qurub və bu əlaqə daim dəstəklənir. Biz yaxın günlərdə onlarla əlaqə saxlayacağıq və bu həftə xüsusi nümayəndəmiz regiona baş çəkəcək”.
Nərgiz