13 Aprel 2016 17:59
1 581
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu “İhlas” Xəbər Agentliyinin Moskva üzrə xüsusi müxbiri Fuad Abbasovun işdən çıxarılması ilə bağlı Türkiyənin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Ümit Yardıma müraciət edib.

Teleqraf.com-un məlumatına görə, müraciətdə deyilir:

“Ümit Yardım bəy, mən Sizi uzun illərdir tanıyıram. Bakıda çoxsaylı görüşlərimiz və müxtəlif mövzularda fikir mübadiləmiz olub. Sizin ədalətə və milli hisslərə yüksək dəyər verdiyinizi bilirəm. Hazırda Türkiyə Respublikasının Rusiyadakı səfirisiniz və Rusiya-Türkiyə əlaqələrinin gərgin olduğu bugünlərdə fəaliyyətinizi necə çətin şərtlər altında davam etdirdiyinizi anlayıram.

Ümid bəy, Moskvada “İhlas” Xəbər Agentliyinin əməkdaşı olan Fuad Abbasov adlı dostumuz çalışır (dı). O, bir neçə aydır bütün rus televiziyalarına verdiyi şərhlərində və debat proqramlarında Türkiyənin və Azərbaycanın mənafeyi uğrunda erməni və erməni propoqandasının təsiri altında olan yerli ekspertlərlə və siyasətçilərlə savaşır, rus ictimaiyyətinə alternativ fikir təqdim edir, Ankaranın xarici siyasətdə və təhlükəsizlik sahəsində əsl məqsədlərini anladır. Yəni əsl qəhrəmandır. Başqa şəxs rus televiziya proqramlarında Türkiyə və türklük adına bu qədər çalışmayıb.

Ruslar və ermənilər onu dinləmək məcburiyyətində qaldılar. Ancaq indi xəbər yayılıb ki, Türkiyənin “İhlas” Xəbər Agentliyi onunla müqaviləni ləğv edib. Bunun necə baş verdiyini biz Azərbaycanda anlaya bilmədik. İndi Türkiyənin mənafeyini rus mediasında kim anladacaq?”

Qeyd edək ki, Ü.Yardım 1997-ci ildə Türkiyənin Azərbaycandakı səfirliyində əvvəlcə birinci katib, daha sonra müşavir vəzifəsində çalışıb.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər