Türkiyənin baş naziri Əhməd Davudoğlu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 13-cü Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.
Teleqraf.com-un məlumatına görə, İstanbul Konqres Mərkəzində təxminən 15 dəqiqə davam edən görüşdə İlham Əliyev bildirib ki, Sammitə İslam ölkə rəhbərlərinin diqqətinin böyük olması Türkiyənin dünyadakı yeri və rolu ilə bağlıdır.
Baş nazir Əhməd Davudoğlu son günlər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən silahlı qarşıdurmalar zamanı şəhid olan Azərbaycan əsgərləri ilə bağlı başsağlığı verib. O, Türkiyənin hər zaman, bütün şərtlər daxilində Azərbaycanın yanında olduğunu vurğulayıb.
Azərbaycan Prezidenti öz növbəsində İƏT Sammitinə dəvət üçün baş nazirə təşəkkür edib.
Nərgiz