17 İyun 2014 11:34
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın sabiq baş naziri (2004-2006) Kostas Karamanlis Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzvlüyə dəvət olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, bununla bağlı müzakirə Afinada mərkəzin icraçı direktoru Rövşən Muradovla K.Karamanlis arasında keçirilmiş görüş zamanı baş tutub.

Görüşdə Azərbaycanla, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Yunanıstan arasında mövcud olan siyasi, mədəni əlaqələr müzakirə edilib və bu əlaqələri daha da gücləndirmək məqsədilə K.Karamanlis mərkəzlə əməkdaşlığa dəvət olunub.

Qeyd edilir ki, Yunanıstanın nüfuzlu ictimai-siyasi xadimi olan K.Karamanlis hazırda parlamentin üzvüdür.

Yunanıstan parlamentinin digər üzvü, 2007-2011-ci illərdə Avropa Parlamentinin vitse-spikeri olmuş Rodi Kratsa da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü ola bilər. Afinada mərkəzin nümayəndəsi ilə R.Kratsa arasında keçirilmiş görüşdə mərkəzin Yunanıstan parlamenti ilə əlaqələrin möhkəmləndirilməsi müzakirə olunub. Bu istiqamətdə R.Kratsanın verəcəyi töhfələr nəzərə alınaraq o, mərkəzin üzvlüyünə dəvət olunub. Qeyd edək ki, R.Kratsa eyni zamanda “ELPİDA” – Xərçəng xəstəliyinə tutulan uşaqların Dostluq Assosiasiyasının İdarə Heyətinin üzvüdür.

Səxavət


Müəllif: