Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib.
Teleqraf.com-un məlumatına görə, “İclasda Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev, vitse-spiker Ziyafət Əsgərov iştirak ediblər.
Səsvermə ilə MSK-nın sədri vəzifəsinə Məzahir Pənahov, sədr müavini postuna Natiq Məmmədov seçiliblər.
Mikayıl Rəhimov və Arifə Muxtarova isə MSK-nın katibləri seçiliblər.
Qeyd edək ki, MSK-nın yeni tərkibini Milli Məclis bu gün təsdiqləyib. Yeni tərkibə Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Hüseyn Paşayev, Məzahir Pənahov, İlham Məmmədov, Natiq Məmmədov, Arifə Muxtarova, Nizami Nadirov, Qabil Orucov, Azər Tağıyev, Bəxşeyiş Əsgərov, Etibar Quliyev, Mikayıl Rəhimov, Tofiq Həsənov, Almas Qəhrəmanlı və İlkin Şahbazov daxildir.