18 Aprel 2016 14:32
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Prezidenti İlham Əliyevin 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər keçirilməsi ilə bağlı sərəncamını alqışlayıram”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri AŞPA prezidenti Pedro Aqramunt təşkilatın yaz sessiyasında çıxışı zamanı deyib.

O, həmçinin Azərbaycanda Prezidentinin əfv sərəncamı ilə məhbus siyasilərin azadlığa buraxılmasını da müsbət qiymətləndirdiyini bəyan edib.

AŞPA prezidenti REAL Hərəkatının sədri İlqar Məmmədovun da azadlığa buraxılması üçün Azərbaycan hakimiyyəti ilə danışıqları davam etdirəcəyini söyləyib.

14:12

“Ermənistan və Azərbaycan Avropa Şurasına üzv olarkən qəbul etdiyi prinsiplərə əməl etməli, tərəflər siyasi iradəsini ortaya qoymalıdır”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri AŞPA prezidenti Pedro Aqramunt təşkilatın yaz sessiyasındakı çıxışında deyib.

Onun sözlərinə görə, təəssüflər olsun ki, aprelin əvvəllərində Dağlıq Qarabağda, qoşunların təmas xəttindəki gərginlik zamanı mülki şəxslər daxil olmaqla çox sayda insan həyatını itirdi: “Beynəlxalq aləm, o cümlədən 47 ölkəni təmsil edən AŞPA tərəflərə atəşkəsə riayət edilməsi çağırışları ilə müraciət etdi. Beynəlxalq hüquq da barışcıl olmağı tövsiyə edir. AŞPA Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmasa da, hesab edirəm ki, tərəflərlə körpülər qurmağa, tərəflərin mövqelərinin yaxınlaşmasına kömək edə bilərik. İxtilafların çözülməsinə çalışmalıyıq, Dağlıq Qarabağ problemini də sədrliyim dövründə gündəmdə tutmağa davam edəcəyəm”.

O, AŞPA parlamentarilərinə təklif edib ki, problemli məsələlər barədə çıxış edərkən ehtiyatlı davranmaq lazımdır: “Parlamentarilər olaraq biz odun üzərinə su tökməməli, sərt bəyanatlar verməkdən çəkinməliyik”.

Nərgiz


Müəllif: