“Aprel ayında baş verən gərginlik zamanı həlak olan Azərbaycan əsgərləri öz torpaqlarında idi, onlar Ermənistan əsgərləri ilə döyüşürdü. Ermənistan əsgəri Azərbaycan torpağında nə axtarırdı ki, orada da öldü?”
Teleqraf.com xəbər verir ki, bu fikirləri deputat Qənirə Paşayeva AŞPA-nın yaz sessiyasındakı çıxışı zamanı deyib.
Qənirə Paşayeva bildirib ki, Ermənistan aprel ayının əvvəlində Azərbaycan torpaqlarına yeni hücumlar təşkil edib: “Bu qarşıdurma Azərbaycanla Ermənistan, iki ölkənin qoşunlarının təmas xəttində deyil, əslində Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında cərəyan etdi. Biz AŞPA-dan bu problemin həllində daha çox işlər və aktivlik gözləyirik. AŞPA-nın gördüyü işləri hər zaman dəstəkləyirik”.
Nərgiz