18 Aprel 2016 15:42
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təcavüzkar Ermənistan cəzalandırılmasa, nəticə yaxşı olmayacaq və bu, özü ilə faciə gətirəcək”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA yaz sessiyasındakı çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan Qərblə əlaqələr qurmağa başladığı bir vaxtda Ermənistan hərbi provakasiya ilə hər şeyin önünə keçdi: “AŞPA-nın qış sessiyasında britaniyalı deputat Robert Volterin “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” mövzusundakı qətnamə layihəsi təsdiqlənsəydi belə gərginlik və faciələr yaşanmazdı.

Bu məruzənin səsvermədən keçməməsi erməni militarizmi üçün qapıları açdı. Bir məsələnin altından xətt çəkmək istəyirəm, işğal edilmiş Azərbaycan torpaqlarında bizim vətəndaşlarımız yoxdur. Ancaq Azərbaycanda 30 min erməni yaşayır, Ermənistanın məqsədi azərbaycanlılarla ermənilərin bir arada olmayacağını göstərməkdir. Bu isə tamamilə absurddur”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər