18 Aprel 2016 18:08
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

AŞPA-nın insan haqları üzrə komissarı Nils Muyjnieks qurumun yaz sessiyasında aprelin 2-dən 5-dək Dağlıq Qarabağda, qoşunların təmas xəttində baş verən silahlı qarşıdurma zamanı həlak olan Azərbaycan Ordusunun əsgərlərinin cəsədləri üzərində ermənilər tərəfindən edilən işgəncə faktlarına münasibət bildirib.

Teleqraf.com qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın “Cəsədlərin dəyişdirilməsi zamanı Azərbaycan ordusunun qulluqçularının cəsədləri üzərində işgəncə əlamətlərini müşahidə etdik. Komissar bu məsələ ilə bağlı hansı addımları atacaq” sualına Nils Muyjnieks belə cavab verib:

“Dağlıq Qarabağda baş verən gərginliklə bağlı narahatlığınızı bölüşürəm. İnsan haqları pozulur, mülki insanlar zərər görür, onların ağrı və acılarına biz də kədərlənirik. Beynəlxalq Qırmızı Xaç Komitəsinin beynəlxalq hüquq çərçivəsində cəsədlərin dəyişdirilməsi ilə bağlı vasitəçiliyi çox əhəmiyyətlidir. Hadisə şahidlərinin ölməsi itkin düşmüş şəxslərin axtarışının uzanmasına gətirib çıxarır. Mən qoşunların təmas xəttində oldum və dediyiniz iddiaları tərəflərin dilindən eşitdim. Beynəlxalq müşahidəçilər əraziyə baxış keçirir. Bundan sonra da Azərbaycan və Ermənistan tərəfləri ilə təmasda olacağam”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər