19 Aprel 2016 13:46
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası həbsdə olan koalisiya üzvü, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Asif Yusiflinin əfv edilməsi üçün prezident İlham Əliyevə müraciət edib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının koordinatoru Əliməmməd Nuriyev məlumat verib.

Ə.Nuriyev qeyd edib ki, müraciətdə A.Yusiflinin Qarabağ qazisi olması da vurğulanıb.

Qeyd edək ki, A.Yusifli 2014-cü ilin ilin noyabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunaraq 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər