19 Aprel 2016 14:09
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Leyla Yunus və Arif Yunusa ölkəni tərk etməyə icazə verilib. Onlarla axşam danışmışam. Həkim Vit onları müayinə üçün ölkəyə gəlmişdi. Onların səhhətlərinin çox ağır olması barədə yenidən əsaslandılmış rəy yazmışdı. Onlar müalicə üçün ölkədən buraxılıblar".


Teleqraf.com-un məlumatına görə, bunu vəkil Elçin Sadıqov "facebook" səhifəsində yazıb.


Vəkil onu da qeyd edib ki, tam bəraət alınana qədər məhkəmə işləri davam edəcək.


E. Sadıqov APA-ya bıdirib ki, Yunuslar bu səhər Azərbaycanı tərk ediblər. Onlar müalicə üçün Hollandiyaya gediblər.


Müəllif:

Oxşar xəbərlər