20 Aprel 2016 00:39
988
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Berlində Dağlıq Qarabağdakı vəziyyət haqqında hesabat təqdim edəcəklər.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə amerikalı həmsədr Ceyms Uorlik bildirib.

"Aprelin 20-də Minsk qrupunun həmsədrləri ATƏT-in Berlin ofisində Qarabağ münaqişəsi bölgəsində hazırkı vəziyyət və davam edən hərbi əməliyyatlarla bağlı hesabatı təqdim edəcəklər", - Uorlik Twitter-də yazıb.

O, qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi hazırda ATƏT-ə sədrlik edən Almaniya ilə müzakirə ediləcək.

Nihad


Müəllif:

Oxşar xəbərlər