20 Aprel 2016 11:07
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyənin baş naziri Əhməd Davudoğlu AŞPA-dakı çıxışında ərazi bütövlüyünün təmin olunması məsələsində Ankaranın Azərbaycana dəstəyini bundan sonra da davam etdirəcəyini deməklə yanaşı bir cümlə ilə Naxçıvanı da xatırlatdı. O, Ermənistan ordusunun Naxçıvana atəş aşmasını təhlükəli adlandırdı. Bu çox vacib cümlə idi”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq əlavə edib ki, bu, Türkiyənin dünyaya verdiyi mühüm mesaj idi: “Davudoğlu Naxçıvanı xatırlatmaqla həm Ermənistana, həm də beynəlxalq aləmə mesaj göndərdi. Mesajın mənası odur ki, Ermənistan Naxçıvana atəş altında tutmağa davam edərsə, Türkiyə 1921-ci il Qars müqaviləsindən çıxış edərək prosesə qarışmalı – Naxçıvanın müdafiəsi üçün ciddi tədbirlər görməli olacaq. Bəlkə də, bunun nəticəsidir ki, son günlər Ermənistan ordusunun Naxçıvana atəş açması xəbərlərinə rast gəlmirik”.

Bəkir


Müəllif:

Oxşar xəbərlər