Həbsdə olan Respublikaçı Alternativ Hərəkatının sədri İlqar Məmmədovun məhkəmə prosesi aprelin 26-na təxirə salınıb.
Teleqraf.com-un məlumatına görə, işə bu gün Şəki Apelyasiya Məhkəməsində baxılıb. Hakimlər müşavirəyə yollanaraq növbəti məhkəmə prosesinin gələn həftənin çərşənbə axşamına təxirə düşdüyünü elan ediblər.
Qeyd edək ki, İlqar Məmmədov 2012-ci ildə İsmayıllıda baş verən hadisələrə görə həbs edilib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bundan əvvəl Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə İlqar Məmmədovun apelyasiya şikayəti təmin olunmayıb. Amma ötən ilin oktyabrında Ali Məhkəmədə işə baxan hakimlər İlqar Məmmədovun apelyasiya şikayətinə yenidən baxılması barədə qərar qəbul edilib. Bu iş üzrə Müsavat başqanının müavini Tofiq Yaqublunun da adı keçir. 7 il 6 ay həbs cəzası alan Tofiq Yaqublu bu ilin martında Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilib.
Kəmalə