“Son günlər mənə qarşı bəzi əsassız hücumlar təşkil olundu. Bir az hirsləndim və bir az da təəssüfləndim. Sonra yadıma bir ifadə düşdü: bir axmaq sənə axmaq deyir və sən buna görə hirslənirsənsə, deməli doğurdan da axmaqsan”.
Teleqraf.com xəbər verir ki, bunu Feysbukda Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı yazıb. Bir çox şəxslər də bu statusuna görə, QAT sədrini dəstəkləyib.
Xatırladaq ki, bir müddətdir Akif Nağı ilə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə arasında qarşıdurma yaşanır. Adı çəkilən şəxslər hətta mətbuatda bir-birini təhqir edib, küçədə rastlaşacaqları təqdirdə bir-birinə yumruq vuracaqlarını deməkdən çəkinməyiblər.
Cavad