25 Aprel 2016 12:03
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı Füzuli rayon təşkilatının ümumi yığıncağı keçirilib.

Teleqraf.com xəbər verir ki, toplantıda ADR Hərəkatı sədrinin müavini Vurğun Əyyub, inkişaf və üzvlərlə iş üzrə sədrin müavini Ellada Məmmədli və icra aparatının təşkilati məsələlər üzrə departament rəhbəri Rövşən Dəmirli iştirak edib.

Ümumi yığıncaqda nizamnaməyə uyğun olaraq sədr, NTK və İdarə Heyəti üzvləri seçilib. Ölkədə və dünyada baş vermiş ictimai-siyasi proseslər haqqında Vurğun Əyyub geniş və əhatəli çıxış edib.

Sonda cari məsələyə baxılıb və ADR Hərəkatı Füzuli təşkilatının yeni seçilən seçkili orqanlarının fəaliyyətinə uğurlar arzulanıb.

Qeyd edək ki, ADR Hərəkatının Füzulidə belə geniş toplantı keçirməsi marağa səbəb olub. Çünki Füzulidə uzun illər Müsavat Partiyası ən güclü müxalif təşkilat olaraq bilinib.

Bunun bir səbəbi də, sabiq başqan İsa Qəmbərin əslən bu rayondan olması faktı olub. Bu müddətdə hətta AXCP Füzulidə Müsavat qədər ciddi təşkilat yarada bilməyib. Ancaq indi İsa Qəmbərin siyasətdən çəkilməsi, ən azı Müsavat rəhbərliyindən getməsi, yerinə Arif Hacılının başqan seçilməsi Qubad İbadoğluna imkan verib ki, rayonda olan aktiv müsavatçıları öz ətrafına toplaya bilsin.

Cavad


Müəllif:

Oxşar xəbərlər