26 Aprel 2016 15:50
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada yaşayan azərbaycanlı jurnalist, Türkiyənin “İhlas” Xəbər Agentliyinin sabiq xüsusi müxbiri Fuad Abbasov Bakıya gəlir.

Teleqraf.com xəbər verir ki, jurnalist bu barədə özünün Feysbuk səhifəsində məlumat verib.

F.Abbasov qeyd edib ki, səfərdə məqsəd Bakıda mətbuat konfransı keçirməkdir: “Son aylarda Rusiya ilə Türkiyə arasında meydana gələn siyasi və hərbi problemlərdən sonra iki ölkə arasında informasiya müharibəsi də başlandı. Bu informasiya muharibəsinin davamı olaraq aprelin əvvəlində başladılmış Azərbaycan və Ermənistan münaqişəsində də Rusiya mediası Azərbaycana qarşı çıxdı. Bütün bunların canlı şahid və iştirakçı olaraq aprelin 29-da saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzində keçirəcəyim tədbirdə işıqlandıracam”.

Qeyd edək ki, F.Abbasov aprelin 23-də Moskvada yaşayan azərbaycanlılarla görüş keçirmişdi. Jurnalist bu görüşdən sonra Bakıda da görüş keçirilməsi ideyasının yarandığını bildirmişdi.

Səxavət


Müəllif:

Oxşar xəbərlər