27 Aprel 2016 16:02
1 910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nüfuzlu “Joxovurd” qəzeti Ermənistan ordusunun 3 mühüm vəzifəli generalını qovan prezident Serj Sərkisyanın yaxın vaxtlarda hökuməti buraxacağını yazıb.

Teleqraf.com xəbər verir ki, hakimiyyət kuluarlarında yayılan məlumatlara görə, Serj Sərkisyan yaxın vaxtlarda yeni hökumət formalaşdıracaq.

O, baş nazir Ovik Abramyanı prezident aparatının rəhbəri Vigen Sərkisyanla əvəz edəcək.

“Joxovurd” nəşrinin yazdığına görə, hökumətin əksər üzvləri, o cümlədən yaşlı nazirlər öz vəzifələri ilə vidalaşacaqlar.

“Dördgünlük aprel müharibəsi”nə qədər hökumətin tərkibinə payızda dəyişikliklər edilməsi planlaşdırılırdısa, Ermənistanda yaranmış yeni vəziyyət bu prosesləri sürətləndirməyə məcbur edib.

KİV-in məmurların dövlət vəsaitləri hesabına varlanmasını qabartması da bu qərarı sürətləndirib.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər