27 Aprel 2016 17:25
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı Bəyannaməsi mövcud ayrı-seçkiliyin bütün növlərinə qarşı mübarizəyə yeni inklüziv metodlar gətirdi".

Bu sözləri BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edən Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdülkərim Əbdürrəhman deyib.

Səfir bildirib ki, Azərbaycan bütün beynəlxalq tədbirlər kimi, bu forumu da çox yüksək səviyyədə təşkil edib və hər kəs bunun canlı şahididir. Bu tədbirin əhəmiyyəti onun keçirildiyi məkanda da öz əksini tapır.
N.Əbdülkərimin sözlərinə görə, Azərbaycanın paytaxtı Bakı tarixən mədəniyyətlərarası körpü rolunu oynamaqla bərabər, həm də mədəni əlaqələrin qurulması və möhkəmlənməsi funksiyasını yerinə yetirir. Azərbaycanda mövcud olan müxtəlif mədəniyyətlər burada bir-biri ilə uzlaşaraq qarşılıqlı anlaşma və tolerant şəraitdə inkişaf edir.

“Bu forum həm də separatçılıqla mübarizəyə yeni təkan verir. Dini, irqi və milli ayrı-seçkiliyə qarşı bu forumun Bakı Bəyannaməsi xüsusilə əhəmiyyət kəsb edir. Bakı Bəyannaməsi mövcud ayrı-seçkiliyin bütün növlərinə qarşı mübarizəyə yeni inklüziv metodlar gətirib. Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının bu günədək gördüyü işləri bu forumla daha da irəli apardı”,- deyə Fələstin səfiri vurğulayıb. (Azərtac)


Müəllif:

Oxşar xəbərlər