Ermənistan müdafiə nazirinin mətbuat katibi Artsrun Ovannisyan Baş qərargahın kəşfiyyat idarəsinin rəisi general-mayor Arşak Karapetyanın ordudan uzaqlaşdırılmasını şərh etməkdən boyun qaçırıb.
Teleqraf.com erməni nəşri Aravot.am-a istinadən xəbər verir ki, Artsrun Ovannisyan Ermənistan prezidenti Serj Sərkisyanın Arşak Karapetyanın vəzifədən uzaqlaşdırılması ilə bağlı fərmanını şərh verməkdən imtina edib: “Mən prezidentin əmrini şərh edə bilmərəm”.
Artsrun Ovannisyan “Siyasətçilər və ictimai şəxslər əminliklə vurğulayır ki, Arşak Karapetyanın vəzifədən azad olunmasının səbəbi kəşfiyyatın pis işləməsi olub” sualını belə cavablayıb: “Bu, konkret əmrdir, hər bir hüquqi sənəd müvafiq prosedur üzrə şərh edilir, mənim bu fərmanı şərh etməyə səlahiyyətim yoxdur”.
Erməni nəşri yazıb ki, Ermənistan prezidentinin Baş qərargahın kəşfiyyat idarəsinin rəisini qovmasına səbəb “dördgünlük aprel müharibə”sində rəqibin sərhəddə texnika və güc yığdığı halda Arşak Karapetyanın bu haqda dəqiq informasiyaya malik olmamasıdır. Aravot.am qeyd edib ki, o, hücumu haradan izləməyi belə bilməyib.
Nərgiz