Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında “İcra məmurları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Teleqraf.com bildirir ki, müzakirəyə təqdim edilən qanun layihəsində mövcud qanunun 11-ci maddəsinin beşinci hissəsinə ikinci cümlənin əlavə edilməsi təklif olunur.
Yəni təklif olunur ki, “Azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə, inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir”.
Nemət