“Sərkisyan öz karyerası ərzində ən səfeh bəyanatı verdi”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin iclasında millət vəkili Aydın Mirzəzadə deyib.
A.Mirzəzadə qeyd edib ki, Xocalı soyqırımında birbaşa əli olan Seyran Ohanyanı özünə nazir təyin edən bir adam Qarabağ sakinləri üçün təhlükəsizlik tələb edir: “O ciddi çaşqınlıq içindədir. Ermənistanı düşürdüyü aqoniyadan çıxara bilmir. Görünməyən haldır ki, işğalçı dövlət ərazisi işğal olunan dövlətdən təhlükəsizlik tələb edir. Bu, onun göstəricisidir ki, Sərkisyan ciddi narahatlıq içindədir. Böhrandan çıxış yolu tapa bilmir. Düşünür ki, kimsə onları xilas edəcək. Azərbaycan heç bir halda Ermənistanın qarşısından geri çəkilməyəcək”.
Nemət