Bu gün keçirilən Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Nəzarət-təftiş xidmətinin yaradılması məsələsi müzakirəyə çıxarılıb.
Teleqraf.com xəbər verir ki, iclasda çıxış edən MSK katibi Arifə Muxtarova xidmətin fəaliyyət istiqamətləri və görəcəyi işlər haqda məlumat verib.
Sonra səsvermə ilə MSK üzvü Ramiz İbrahimov Nəzarət-təftiş xidmətinin rəhbəri seçilib.
İclasda 90 saylı Ağdaş seçki dairəsində Milli Məclisə təkrar seçkilərlə bağlı Yeni Azərbaycan Partiyası və Ümid Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.