1 May 2016 16:10
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əhrar partiyasının sədri, Müsavat başqanı Arif Hacılınn qardaşı Vaqif Hacıbəyli AXCP sədri Əli Kərimlinin təhlükəsizlik standartlarına uyğun yeraltı sığınacaqlar tikilməsi təklifini ironiya ilə qarşılayıb.

Teleqraf.com-un məlumatına görə, Vaqif Hacıbəyli qeyd edib ki, Əli Kərimli düşmən atəşi zamanı əhalinin ev-eşiyini tərk edib digər rayonlara köçməsin deyə sığınacaqlara çəkilməsi təklifi irəli sürüb, lakin artilleriya atəşi ilə 20-30 km-lik məsafəni vurmaq mümkündür: "Əli Kərimli təhlükəsizlik standartlarına uyğun yeraltı sığınacaqlar tikilməsini təklif edir ki, düşmən atəşi zamanı əhali ev-eşiyini tərk edib digər rayonlara köçməsin, sığınacaqlara çəkilsin. Bərəkallah! Artilleriya atəşlərindən söhbət gedirsə, bu atəşlə 20-30 km-lik məsafəni vurmaq mümkündür. Raket zərbələri isə daha uzaq məsafələri vurur. Bu haqq-hesabla Ermənistanla sərhəddə və terrorçu rejimin işğal etdiyi ərazilərdək qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrində nə qədər sığınacaq tikməliyik ki,dinc əhalini qoruya bilək? Amma bir yana baxanda bu təklif hərtərəfli yaxşı təklifdi. Əli Kərimli üçün yaxşıdı ki, artıq təslimçi mövqeyə keçməyi təbliğ etməklə o da özünü bir növ konstruktiv mövqe tutan, xalqın qayğısına qalan müdrik siyasətçi obrazında təqdim edir. Xalq üçün yaxşıdı ki,yeni iş yerləri açılır.
Allah özü bizə kömək olsun. Nə deyim?"

Əli Kərimlinin aprelin 5-də feysbukda yazdığı statusunu sildiyinə diqqət çəkən Vaqif Hacıbəyli ironiya ilə deyib ki, AXCP sədri mövqeyini də 180 dərəcə dəyişib, artıq sığınacaq tikilməsini təklif edir: "Tutaq ki, ölkə ərazisində minlərlə sığınacaq tikdik. Bu hal dinc əhalinin tam təhlükəsizliyinə təminat verəcəkmi? Sığınacaqlar tikməklə işğalı daha on illər boyu uzatmaq istəmirikmi?"

AXCP üzvləri Vaqif Hacıbəylini Əli Kərimliyə qarşı sərgilədiyi mövqeyə görə qınayıblar. O isə öz növbəsində bildirib: "Tutaq ki, bu təklifi Fazil Mustafa, Zahid Oruc və ya Bahar Muradova versəydi yurdçu dostlarımız yenə də eyni qətiyyətlə o təklifi müdafiə edəcəkdilərmi? Mənim istəyim odur ki, insanlar bu məsələlər ətrafında müstəqil düşünsünlər və mövqelərini müəyənləşdirəndə emosiyalara deyil, ağıla üstünlük versinlər. Siyasi iddialarım olmasa da, ictimai şüurun sağlam istiqamətdə formalaşmasına xidmət etməklə bağlı müəyyən iddialarım var və nə qədər ki, sağam, buna çalışacağam".

Kəmalə


Müəllif:

Oxşar xəbərlər