2 May 2016 16:50
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Demokrat Partiyası İdarə Heyətinin toplantısı keçirilib.

Teleqraf.com xəbər verir ki, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər müzakirə olunub.

Toplantı iştirakçıları son günlər erməni silahlı qüvvələrinin elan olunmuş atəşkəs rejimini ardıcıl olaraq pozması, mülki vətəndaşların ölümü, çoxsaylı yaşayış evlərinin dağıdılması ilə nəticələnən hərbi hücumların davam etməsi ilə bağlı məsələyə münasibət bildirib.

Dinc əhaliyə qarşı hücumların hətta müharibə dövründə belə beynəlxalq cinayət olduğuna diqqət çəkən partiya yetkililəri hakimiyyəti, təcavüzkar Ermənistanı bu cinayət əməllərinə görə beynəlxalq məhkəməyə verməyə və dünya dövlətlərini bu məsələdə Azərbaycanla həmrəy olması üçün addımlar atmağa çağırıb.

İdarə heyəti Ermənistanın döyüşlərin dayandırılması üçün irəli sürdüyü əlverişsiz şərtlərə cavab olaraq hakimiyyəti, Dağlıq Qarabağda yaşayan, Azərbaycanın yurisdiksiyasına daxil olan erməni icmasına vətəndaşlıq statusunun verilməsindən başqa hər hansı güzəştə getməməyə, ərazi bütövlüyü və suverenlik prinsiplərində sonadək qəti mövqe nümayiş etdirməyə, düşmən hücumlarına adekvat reaksiyalar verməyə, düşməni qətiyyətlə susdurmağa çağırıb.

İdarə Heyəti ABŞ konqresində Krımın, Cənubi Osetiyanın, Abxaziyanın Rusiya tərəfindən işğalına cavab olaraq adı çəkilən dövlətə qarşı yeni akt layihəsinin qeydiyyatdan keçirilməsini təqdir edib, ABŞ konqresini bu akta işğal edilən Dağlıq Qarabağ və ətraf rayonları məsələsinin də əlavə olunmasına çağırıb.

İdarə Heyəti bir neçə Avropa Parlamenti yetkilisinin Azərbaycanın yurisdiksiyasına daxil olan Dağlıq Qarabağa qeyri-qanuni səfər etməsini beynəlxalq hüquq normalarına zidd olduğunu bildirib və separatçı rejimin güclənməsinə xidmət edən bu cür hərəkətlərin bölgədə sülhün və əmin-amanlığın pozulmasına yol açdığını diqqətə çatdırıb.

Nemət


Müəllif:

Oxşar xəbərlər