Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının təşkilatçılığı ilə “Multikultural dəyərlər və azərbaycançılıq ideologiyası” mövzusunda konfrans keçirilib.
Teleqraf.com xəbər verir ki, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva çıxış edərək qeyd edib ki, Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolunun artması və fəaliyyət dairəsinin genişləndirilməsi ölkəmizin uğurlarından biridir.
N.Əliyeva ötən konfransdan keçən dövrdə görülən işlərdən, Azərbaycan qadınının hüquqlarının qorunmasından, cəmiyyətdə yüksək mövqe tutmasından, gündən-günə artan fəallığından danışıb. O, qadınların milli maraqlar ətrafında sıx birləşməsində YAP-ın və partiyanın Qadınlar Şurasının rolunu xüsusi qeyd edib.