3 May 2016 20:13
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər bəzi kütləvi informasiya vasitələrində Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov barəsində yazılan qalmaqallı xəbərlər səngimək bilmir.

Hazırda Yeni Azərbaycan Partiyasının Yasamal rayon Təşkilatının sədri olan Tağı Əhmədovun adı "MTN işi"nin qurbanları sırasında hallanmaqla yanaşı, onun həm də bir müddət əvvəl bağlanan banklardan birində 8 milyon manat pulunun batdığı iddia olunur.

Musavat.com -un müxbiri yayılan məlumatlara aydınlıq gətirmək məqsədilə Bakı Metropoliteninin sabiq rəisi ilə telefon əlaqəsi yaradıb. Tağı müəllim mətbuatda barəsində yer alan informasiyaların həqiqətə əsaslanmadığını və onda gülüş doğurduğunu söyləyib: "Yazılanlar qərəz və böhtandan başqa bir şey deyil. Nə hər hansısa cinayətin qurbanı olmuşam, nə də bankda pul batırmışam. Yazılanlar reallığı əks etdirmir. Görünür, bəzi saytlar adımı hallandırdıqları belə gülünc xəbərlərlə özlərinə reytinq qazanmağa çalışırlar".


Müəllif:

Oxşar xəbərlər