5 May 2016 11:03
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Mənzil Qərargahında Azərbaycan Respublikasının Baş nazirinin müavini, YAP-ın Sədr müavini, İcra katibi Əli Əhmədov Yaponiyanın Liberal Demokrat Partiyasının (LDP) nümayəndə heyəti ilə görüş keçirib.

Tədbirdə LDP-nin Beynəlxalq əlaqələr bürosunun Baş direktoru, Nümayəndələr Palatasının üzvü Kazunori Tanaka, LDP-nin Beynəlxalq əlaqələr bürosunun fəaliyyətdə olan Baş direktoru, Nümayəndələr Palatasının üzvü, Daişiro Yamagiva, LDP-nin İnformasiya Bürosunun Baş direktor müavini, Nümayəndələr Palatasının üzvü Yasumasa Nagasaka və KİV nümayəndələri iştirak edib.

YAP-ın Sədr müavini qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnunluğunu bildirib. İki ölkə arasındakı əməkdaşlıqdan danışan Ə.Əhmədov bu əlaqələrin bundan sonra da yüksək səviyyədə davam etdiriləcəyinə əminliyini ifadə edib: "Hesab edirəm ki, bu günləri iki partiya arasında əməkdaşlığın inkişafının tarixi başlanğıcı saymaq olar. Bu görüşlər bizim iki partiya arasında uzun illər davam edəcək. İnanıram ki, bizim partiyalar arasında əməkdaşlıq ölkələrimiz arasında olan inkişafa da öz töhfəsini verəcək. Təbii ki, Azərbaycanda Yaponiyanı çox yaxşı tanıyırlar".

LDP-nin Beynəlxalq əlaqələr bürosunun Baş direktoru, Nümayəndələr Palatasının üzvü Kazunori Tanaka isə Azərbaycanda olduğuna görə Baş nazirin müavininə minnətdarlığını bildirib: "Bu gün dəyərli vaxtınızı bizə ayırdığınıza görə sizə təşəkkürümüzü bildiririk. İlk dəfədir ki, Azərbaycana səfər edirəm".
Qeyd edək ki, tədbirdə həmçinin YAP-ın İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, deputat Sevinc Fətəliyeva, YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev də iştirak edib. (Trend)


Müəllif:

Oxşar xəbərlər