5 May 2016 23:06
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Trump prezident seçilərsə Qərbin demokratiya ideallarına son 100 ildə ikinci böyük zərbə dəyə bilər. Vaxtilə Hitler də demokratik seçkilərlə hakimiyyətə gəlmişdi. O, seçilərsə demokratiya ideallarının fundamental əsası olan "xalqın əksəriyyətinin iradəsi və istəyi kimin seçilməsindən asılı olmayaraq həmişəmi hakim olmalıdımı?".

Teleqraf.com xəbər verir ki, bunu Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin məsləhətçi eksperti Fuad Çıraqov ABŞ prezidentliyinə namizəd Donald Trumpun artan siyasi nüfuzunu şərh edərkən deyib.

"Artıq hamınız bilirsiz ki, ABŞ-da respublikaçılar partiyasının namizədi müəyyən oldu - Donald Trump! Keçən il bu vaxt kimsə mənə bunu desəydi, deyərdim ki, get işinlə məşğul ol gic-gic danışma. Həqiqətən çox gic bir vəziyyət yaranıb. ABŞ-ın əsasını qoyanlar (father founders) öz zamanlarında gələcək üçün qorxaraq çox spesifik seçki sistemi qurmuşdular. Bu ölkədə bildiyiniz kimi prezident seçkisi birbaşa keçirilmir. Bunun arxasında duran ideya o idi ki, sadə insanların savadları, dünyagörüşləri və təcrübələri ölkənin gələcəyi üçün qərar vermək üçün kifayət olmaya bilər və onlar hərhansı bir elə Trump kimi populist namizədi seçə bilərlər. Belə görünür ki, onların qorxduqları bu cür seçki sistemi olmasına baxmyaraq, gerçəkləşə bilər", deyə F.Çıraqov bildirib.

Ekspertə görə, bu hələ dünyanın ən ağıllı insanlarının, ən yaxşı universitetlərinin olduğu bir ölkədi: "Əgər bu ölkədə belə olarsa, təsəvvür edin bütün dünyada anti-demokratik qüvvələr hansı arqument əldə edəcəklər. Ümid edək ki, vəziyyət bu həddə gəlib çıxmayacaq, demokratların namizədi onun qarşısını alacaq. Elə ən böyük problem də burdadı. Məsələ burasındadır ki, nə qədər bir birinə zidd dünyagörüşlü və platformalı insanlar olsalar da, Trumpla demokratların digər namizədi Sandersin parlamasının səbəbi eynidi: iqtisadi problemlər və ənənəvi siyasi elitanın nüfuzunu və real hakimiyyətini itirməsi.

Burada isə çox maraqlı vəziyyət və dilemma yaranıb. Məsələ burasındadır bir çox şərhçilər göstərir ki, Sanders daha asanlıqla ümumi seçkilərdə Trumpa qalib gələ bilər. Hillary'ə isə bu daha çətin olar, bəzi rəy sorğuları hətta az faiz fərqi ilə Trumpın Hillary'ə qalib gələ biləcəyini göstərir. Amma partiya daxilində isə Sanders Hillary'dən geri qalır".

Ayxan


Müəllif:

Oxşar xəbərlər