6 May 2016 12:45
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bugünkü plenar iclasında hakim təyinatları ilə bağlı məsələlərə də baxılıb.

Teleqraf.com xəbər verir ki, Məhkəmə-Hüquq Şurasının təqdimatına əsasən Ali Məhkəmənin səlahiyyət müddəti aprelin 25-də başa çatan hakimləri İbayev Vəfaddin Ələm oğlu və Quliyev Zakir Müslüm oğlu yenidən əvvəlki vəzifələrinə təyin ediliblər.

Eyni zamanda, Şirvan Apellyasiya Məhkəməsinin sədri Əsgərov Qürbət Ağa oğlu Ali Məhkəmənin hakimi təyin olunub.

Ali Məhkəmənin səlahiyyət müddəti başa çatan hakimi Ağayev Rəşadət Əhməd oğlu isə Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Ali Məhkəmənin hakimlərinin bu təyinatları ömürlük xarakter daşıyır.

Nemət


Müəllif:

Oxşar xəbərlər