Müsavat başqanı Arif Hacılı müavini Tofiq Yaqubluya AXCP ilə əməkdaşlıq qurmaq üçün tapşırıqlar verib.
Teleqraf.com-un məlumatına görə, Arif Hacılı sosial şəbəkədə qeyd edib ki, mübarizə xəttini müxalifətin daxilindən çıxarmaq, ilk mərhələdə müxalifətin funksional əməkdaşlığına nail olmaq üçün çalışır: "
Fikrimizcə Müsavat və AXCP nın əməkdaşlığı ölkə müxalifətinin birliyinin təməli ola bilər.
Bu istiqamətdə çalışmaları davam etdirmək üçün, yeni həbsdən çıxmış müavinim Tofiq Yaqublunu görəvləndirdim. Xeyirli uğurlu olsun", – Arif Hacılı bildirib.
Müsavat başqanı etiraf edib ki, iki partiya arasında müxtəlif dövrlərdə problemlər olub: "Ümumiyyətlə problemlər heç zaman tam həll olunmur. Biz problemləri bacardığımız kimi çözə-çözə yolumuza davam etməliyik. Bizdən sonrakı nəsillər də bunu davam edəcəklər. Olub keçənləri nəzərə alaraq biz əməkdaşlığın yeni modelini təklif etmişik. Alınarsa çox yaxşı, alınmazsa yenə yolumuza davam edəcəyik".
Kəmalə