10 May 2016 19:12
1 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

Laçın polkunun sabiq komandiri Arif Paşa onun ünvanına ittiham səsləndirənlərə sosial şəbəkədə cavab verib.

Teleqraf.com xəbər verir ki, sabiq komandir hər il Laçının işğalı günü onun barəsində şər-böhtanlar yayırlar: “Laçinin isğalinin ildönumu yaxinlaşır. Kölgədə gizlənən, pusquda duran, vətən və millət yolunda canını fəda etməyə hazır olan kişilərə məqsədyönlü böhtan atan və düşmən hiyləsinə uyaraq gördüklərini deyil, eşitdiklərini danışan, özünə və özgələrə hörmət qoymayanlara!

Bunu oxuyan hər kəsdən və millətimdən üzr istəyərək, sizlərə səslənirəm. Mən Arif Paşa milli ordumuzun sıralarında xidmət etdiyim dövrdə hər hansı bir əmr, o cümlədən Müdafiə Nazirliyinin 30 aprel 1992-ci il tarixli 0151 saylı əmri ilə alay komandiri vəzifəsindən kənarlaşdırıldıqdan sonra belə 1 aprel 1992-ci ildə 0153 saylı əmrlə Şuşa-Laçın-Zəngilan-Qubadlı rayonlarının məsul komandiri, 4-cü istiqamət üzrə birqada komandiri təyin edilən polkovnik-leytenant Elburus Orucovun hətta ən kiçik əmr və göstərişlərini yerinə yetirməmişəmsə və ya həmin çətin günlərdə Laçında olmamışamsa, bu vətənin haqqı-sayı, anamın müqəddəs ruhu, şəhidlərimizin qanı mənə haram olsun!

Mənə bu böhtanı atanlar doğru danışırlarsa, mən dünyanın ən sonuncu adamıyam. Yox, əgər mən düz deyirəmsə,onda bu şəxslər alçaqdır. Yetər artıq! Dəfələrlə xəbərdarlıq etmişəm. Təxribatçılar susun! Ömrümün yerdə qalan hissəsini ömürlük həbsdə keçirərəm, ancaq sizin kimilərin keçdiyim şərəfli döyüş yoluma çirkab atmasına imkan vermərəm. Vətənimin müqəddəsliyinə, şəhidlərimizin qanına and içirəm”.

Qeyd edək ki, mayın 17-də Laçının erməni hərbi birləşmələri tərəfindən işğalının növbəti il dönümüdür. Arif Paşa isə bir vaxtlar Laçın alayının komandiri vəzifəsində olub. Hər dəfə Laçının işğalı günü ərəfəsində sosial şəbəkələrdə və digər müstəvilərdə ona qarşı müəyyən ittiham və iddialar irəli sürülür.

Cavad


Müəllif:

Oxşar xəbərlər