11 May 2016 11:52
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

“REAL” Hərəkatının sədri İlqar Məmmədovun 90 saylı Ağdaş seçki dairəsi üzrə namizədliyinin ilkin qeydiyyatının ləğvi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinə şikayət ünvanlanıb.

Artıq məhkəmənin nə vaxt keçiriləcəyi dəqiqləşib.

Teleqraf.com xəbər verir ki, bu barədə hərəkatın icraçı katibi Natiq Cəfərli məlumat yayıb.

“Bu gün məhkəmədən zəng etdilər, şikayətə baxışın sabaha, 12 may saat 12:00-a təyin edildiyini söylədilər. İlqar Məmmədovun səlahiyyətli nümayəndəsi kimi mən məhkəmədən iştirakının təmin edilməsini tələb etmişəm, İlqar bəy hələ də Şəkidə saxlanılır, Bakıya gətirilməsi yubadılır. Ümid edirəm ki, sabah məhkəmədə İlqar bəyin iştirakı təmin ediləcək və o Bakıya gətiriləcək”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər