"Birləşmiş Ştatlar olaraq biz nüvə və kütləvi qırğın silahlarının tətbiqinə, yayılmasına güclü şəkildə etiraz edirik”.
Bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Ermənistanın nüvə silahına malik olması barədə bu ölkənin sabiq baş nazirinin iddiasına cavab olaraq deyib. O xatırladıb ki, bu il 31 mart - 1 aprel tarixlərində ABŞ-da Nüvə Təhlükəsizliyi Sammiti keçirilib: “Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan bu sammitə dəvət olunub və iştirak ediblər.
ABŞ prezidenti Barak Obamanın diqqət etdiyi əsas məqam kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasıdır. Nüvə sammitindəki mövqeyimiz də kütləvi qırğın silahlarının yayılmasına və tətbiq edilməsinə Birləşmiş Ştatların rəsmi şəkildə qarşı çıxmasının göstəricidir”. ("APA")