Bu gün ADP-nin qərargahında “Anti-böhran Koalisiyası”nın toplantısı keçirilib.
Teleqraf.com xəbər verir ki, iclasa Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev rəhbərlik edib.
Toplantıda koalisiyanın üzvləri- Ağ Blok, ADP, AXP, LDP, VİP və “125-lər” siyasi klubu iştirak edib.
İclasda qərarların icra vəziyyəti, ictimai-siyasi durum və cari məsələlər müzakirə olunub.
Qərarların icra vəziyyəti müsbət qiymətləndirilib, M.Ə Rəsulzadənin Novxanı kəndində abidəsinin önündə əklil qoymaq və “28 may Azərbaycan istiqlalı və Qarabağ problemi” mövzusunda dəyirmi masa keçirilməsi qərara alınıb.
Cavad