“ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında aktiv rol oynamaq istəmir”.
Teleqraf.com-un məlumatına görə, bu haqda ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza danışıb.
Onun sözlərinə görə, bu məsələdə Rusiya daha çox aktiv mövqe tutur. Metyu Brayza ABŞ prezidenti Barak Obamanın təmas xəttində baş verən gərginlik zamanı bəyanatla çıxış etməməsinə diqqət çəkib.
Keçmiş səfir hesab edir ki, ABŞ Rusiyaya regionda liderlik etməyə imkan verir: “Bu isə Vaşinqtonun böyük səhvidir”.
M.Brayzanın fikrincə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ortaya daha çox səy qoya bilərdi: “Amma göründüyü kimi bu münaqişənin həlli ABŞ üçün prioritet deyil”.
Nərgiz