“Azərbaycanda tolerantlıq xalqların milli mənsubiyyətinə, dilinə, dininə və mədəniyyətinə ehtiram, Qərbdə isə dözümlülük kimi başa düşülür”.
Teleqraf.com-un məlumatına görə, bu fikirləri Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov özünün tvitter səhifəsində qeyd edib.
Onun sözlərinə görə, azərbaycanlılar fərqli xalqlara, dinlərə, dillərə və mədəniyyətlərə ehtiram göstərir: “Qərblilər isə sadəcə olaraq “dözür”lər”.
Nərgiz