17 May 2016 12:49
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlamentdə “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirə edilib.

Teleqraf.com xəbər verir ki, saziş barədə komitə sədri Ziya Səmədzadə məlumat verib və deputatları sənədə səs verməyə çağırıb.

Millət vəkili Tahir Kərimli isə sazişdə bir sıra məqamlara etiraz edib, bildirib ki, bu müddəalara mümkün qədər aydınlıq gətirilsin və ya onlar sənəddən çıxarılsın.

Həmkarı Siyavuş Novruzov isə Tahir Kərimli ilə razılaşmayıb: “Saziş hər iki ölkənin razılığı ilə hazırlanıb. Biz ABŞ-a hava nəqliyyatından birtərəfli qaydada istifadə etməsinə icazə vermişik. Azərbaycan hökuməti ilə ABŞ hökuməti arasında hava nəqliyyatı haqqında sazişin təsdiq olunması zərurətdir. 11 sentyabr terrorundan sonra beynəlxalq terrorizmlə mübarizəyə qoşulan Azərbaycan ABŞ təyyarələrinin öz hava məkanından keçməsinə icazə verib. ABŞ təyyarələri yük və sərnişindaşımaları üçün Azərbaycanın hava məkanından istifadə edir. \

Bu saziş isə beynəlxalq əhəmiyyət daşıdığından onu qanunla dəyişdirmək mümkün deyil. Yalnız tərəflər müqavilədə birtərəfli qaydada şərt qoya bilərlər. Necə ki, Azərbaycan Ermənistanla bağlı beynəlxalq sənədlərdə şərt qoyur. ABŞ-la iqtisadi, siyasi və strateji əməkdaşlıq davam etdirilməlidir. Əslində Ziyad Səmədzadə doğru dedi. Bizim iqtisadi, siyasi əlaqələrimiz var, bundan sonra da davam edəcək. Fikricə, bundan sonra digər sahələrlə bağlı da sazişlər imzalamalıyıq. Bu beynəlxalq sazişdir”.

Vitse-spiker Ziyafət Əsgərov isə qeyd edib ki, Tahir Kərimlinin toxunduğu məsələlər daha çox təhlükəsizliklə bağlıdır: “Ola bilsin ki, biz elə bir insana lisenziya verərək və sonradan məlum olar ki, bu adam terrorçudur. Saziş bizim əl-qolumuzu açır ki, belə halda saziş imzalayan tərəflərdən biri müəyyən addımlar ata bilər”.

Nemət


Müəllif:

Oxşar xəbərlər