18 May 2016 14:45
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünün nəticələrini qiymətləndirib.

Teleqraf.com xəbər verir ki, ADP sədri həmçinin Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsi ilə əlaqədar referendum keçirilməsi məsələsinə dair fikirlərini də açıqlayıb:

“Dağlıq Qarabağ həm tarixi, həm də beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz tərkib hissəsi, suveren ərazisidir. Əgər Azərbaycanın bu bölgəsində yaşayan azsaylı erməni əhalisinə görə Dağlıq Qarabağın gələcək statusunu müəyyən edəcək referendum keçirilməsi qərarlaşdırılıcaqsa, bu, təkcə Azərbaycan xalqının və dövlətinin əleyhinə olmayacaq.

Belə ki, qəbul ediləcək referendum qərarı beynəlxalq hüquq presedenti kimi bütün dünyada tətbiq edilməli olacaq və bu zaman bu gün ölkəmizə xalqımızın maraqlarının ziddinə qərar qəbul etməkdə təzyiq edən beynəlxalq güclər: Rusiya, Fransa və ABŞ-da da oxşar ərazi problemlərinin həllində istifadə olunacaq. Belə ki, Rusiyada Çeçenistan, İnquşetiya, Tatarıstan, Başqırdıstan, Dağıstan, Fransada Korsika, ABŞ-da Texas kimi müstəqil olmaq istəyən ərazilər üçün referendum presedent olacaq və eyni düşüncə ilə müstəqil olmağa daha çox haqqı çatan bu ərazilərə də bu dövlətlər referendum haqqını tanımalıdırlar”.

Sərdar Cəlaloğlu daha sonra qeyd edib ki, referendumun Dağlıq Qarabağın Azərbaycandan qopardılmasına xidmət edəcəyini, münaqişənin həllinə heç bir yardım etməyəcəyini bildirib: “Münaqişənin real həlli üçün Ermənistan qoşunları Azərbaycanın işğal etdiyi bütün ərazilərdən çıxarılmalı, Azərbaycan isə Dağlıq Qarabağda yaşayan, separatçı hərəkətlərdən imtina edən vətəndaşlarına hüquq təminatı verməlidir”.

Nemət


Müəllif:

Oxşar xəbərlər