18 May 2016 19:39
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda İsrail Dövlətinin milli bayramı - Müstəqillik gününün 68-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib ki, İsrail həm qədim, həm də gənc olan bütün dövlətlərlə əməkdaşlıq edir: "Azərbaycan müstəqilliyini əldə etdiyi zaman İsrail gənc dövləti tanıyan 4-cü ölkə idi. İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir".

Diplomat qeyd edib ki, İsrail bütün münaqişələrin, eləcə də Azərbaycan və Ermənistan arasındakı münaqişənin sülh yolu ilə həll olunmasını dəstəkləyir.

D.Stav bildirib ki, İsrail və Azərbaycan qarşılıqlı hörmət, sülh və stabillik arzusu və öz xalqlarının rifahı üçün hər iki ölkənin daha da inkişafına kömək edəcək əlaqələri çox məharətlə inkişaf etdirirlər: "Əlavə olaraq, İsrail və Azərbaycan unikal əlaqələri bölüşürlər: yəhudilər ən azı 15 əsr burada yaşadıqları zaman heç bir vaxt antisemitizm mövcud olmayıb. Yəhudilər cəmiyyətin bir hissəsi idilər və onun inkişafına töhfə veriblər. İsrailə miqrasiya etmiş yəhudilər isə ölkələrimizin cəmiyyətləri və mədəniyyətləri arasında körpü rolunu oynayır".

Səfir həmçinin vurğulayıb ki, Azərbaycan neft qiymətinin düşməsi ilə bağlı yaranan çətinliklərin qarşısını almaq üçün iqtisadiyyatını diversifikasiya edir: "İsrail Azərbaycan iqtisadiyyatını daha da inkişaf etdirmək üçün öz təcrübə və bacarığını bölüşməyə hazırdır".


Müəllif:

Oxşar xəbərlər