18 May 2016 23:28
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Rusiya ilə münasibətlərin daha da yaxınlaşdırılmasından ötrü səylərini əsirgəmir. Dünyada müşahidə olunan iqtisadi böhran şəraitində bu istiqamətdə əldə edilmiş nəticələr kifayət qədər müsbətdir”.

Prezident İlham Əliyev Rusiyanın Baş nazirinin müavini Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən belə deyib.

Bu haqda President.az saytı xəbər verir.

İ. Əliyev mövcud potensialın daha da artırılmasında yaxşı imkanların olduğunu bildirib. Əməkdaşlığın xarici siyasət, iqtisadiyyat, sosial, humanitar və digər sahələri əhatə etdiyini vurğulayıb.

Ölkə başçısı bildirib ki, ticari-iqtisadi əlaqələr münasibətlərin vacib istiqamətlərindən birinə çevrilib. O, bu sahədə potensialın gələcəkdə daha da artırılacağına əminliyini qeyd edib.

Dmitri Roqozin də Hökumətlərarası Birgə Komissiyanın iclaslarının əməkdaşlığın inkişafı baxımından önəmini vurğulayıb. O, yada salıb ki, hazırda iki ölkə üçün maraqlı və perspektivli ola biləcək maşınqayırma sahəsinə aid birgə layihə ilə bağlı müzakirələr aparılır.

Dimitri Roqozin bu il martın 3-də də Azərbaycana gəlmişdi.

Onda Rusiyanın “Kommersant” qəzetində yazılanlara görə, D.Roqozinin səfərinin əsas mövzusu iki ölkə arasında hərbi-texniki əməkdaşlığın nizamlanmasıdır.

“Enerji resurslarının qiymətinin enməsilə əlaqədar Bakı öncə bağlanmış silah müqavilələrinə görə, ödəniş edə bilmir” - “Kommersant” qəzet o vaxt yazırdı.

Sonradan Azərbaycan rəsmiləri bəyan etdilər ki, ödəmələrdə heç bir problem yoxdur.


Müəllif:

Oxşar xəbərlər