19 May 2016 22:53
1 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əhməd Davudoğlu necə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın işarəsi ilə baş nazir seçilib sonra da eyni işarə ilə istefaya göndərildisə, Binəli Yıldırım da eyni yöntəmlə hakim partiyaya lider və ölkəyə baş nazir gətilir".

Bu barədə Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Türkiyə hakimiyyətindəki dəyişiklikliklə bağlı yazdığı şərhində bildirib.

Binəli Yıldırımın Əhməd Davudoğludan fərqi nə olacaq, sualına cavab olaraq ekspert qeyd edib ki, Binəli Yıldırım texnokratdır, yaxşı icraçıdır, Davudoğlu kimi idealist və nəzəriyyəçi deyil, “güclü prezident, güclü baş nazir” konsepsiyasından çıxış etmir:

"İkincisi, Binəli Yıldırım Əhməd Davudoğludan fərqli olaraq Ərdoğanın çizdiyi sxemdən kənara çıxmayacaq, bir mühəndis olaraq nə deyiləcəksə, onu da yerinə yetirəcək. Bunun Türkiyənin inkişafı üçün yaxşı, yoxsa pis olacağını yaxın aylarda biləcəyik. Hər halda əgər əvvəllər Binəli Yıldırım yalnız körpü və hava limanı tikib, yol çəkirdisə, indi Avropa İttifaqı ilə əlaqələrlə, Suriya, Rusiya, İŞİD və PKK kimi problemlərin həlli ilə də məşğul olmalıdır. Bunlar isə son dərəcə mürəkkəb məsələlərdir".

Qeyd edək ki, Türkiyənin baş nazirinin istefasından sonra hakim AK partiyası öz sədri vəzifəsinə nəqliyyat naziri Binali Yıldırımın namizədliyini irəli sürüb.

Cənab Yıldırım prezident Recep Tayyip Erdoğanın yaxın tərəfdaşı sayılır. Güman edilir ki, Ahmet Davutoğlu prezident səlahiyyətlərinin genişlənməsilə razı olmadığı üçün istefaya çıxıb.

Prezident Rəcəp Tayyib Ərdoğanın baş nazir vəzifəsində daha yaxın müttəfiq görmək istədiyi məlum idi. 60 yaşlı Yıldırımın namizədliyi bazar günü AKP-nin fövqalədə iclasında təsdiqlənməlidir.

Hakim partiyanın lideri avtomatik olaraq baş nazir vəzifəsinə təyin olunur. Bundan əvvəl partiya sədri vəzifəsinə mümkün namizədlər arasında Erdoğanın kürəkəni, energetika naziri Berat Albayrakın adı da qeyd olunurdu. Lakin onun adı rəsmi siyahının əvvəlində gələn 3 namizəd arasında olmayıb.


Müəllif:

Oxşar xəbərlər