20 May 2016 16:45
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev AŞPA-nın Monitorinq və Siyasi işlər komitələrinin iclaslarında iştirak etmək üçün mayın 22-dən 25-dək Parisdə səfərdə olacaq.

Teleqraf.com xəbər verir ki, iclaslarda Türkiyədə demokratik institutların fəaliyyəti ilə bağlı danışıqlar, Azərbaycana və Gürcüstana fakt-araşdırıcı səfərlərin yekunları, terror təhlükəsi və demokratik perspektivlər arasında Liviyanın gələcəyi, Ukraynada böhranın siyasi nəticələri, Belorusda vəziyyət və digər mövzularda müzakirələr aparılacaq.

Səməd Seyidov mayın 26-dan 28-dək AŞPA-nın Estoniyanın Tallin şəhərində keçiriləcək Büro və Daimi komitə iclaslarında da iştirak edəcək.

Nemət


Müəllif:

Oxşar xəbərlər