Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü deputat Elxan Süleymanov qurumun Monitorinq Komitəsinin iclasında iştirak etmək üçün mayın 22-də Fransanın paytaxtı Parisə səfərə yola düşəcək.
Teleqraf.com xəbər verir ki, tədbirdə Azərbaycan üzrə həmməruzəçi Stefan Şennakın cari ilin aprel ayının 5-dən 9-dək ölkəmizə səfərinin yekunları barədə məlumatı dinləniləcək.
Demokratik institutların fəaliyyəti ilə bağlı Türkiyə və Makedoniya ilə danışıqlar davam etdiriləcək.
Deputat müzakirəyə çıxarılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcək.
Nemət