Milli Məclisin deputatı, TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının sədr müavini Sevinc Hüseynova komissiyanın iclasında iştirak etmək üçün mayın 22-dən 25-dək Qazaxıstanın paytaxtı Astanada səfərdə olacaq.
Teleqraf.com xəbər verir ki, qurumun Sosial, mədəni və humanitar məsələlər komissiyasının beşinci iclasında “TÜRKPA ölkələri arasında ekoloji fəlakət və böhranın idarə edilməsi sahəsində əməkdaşlıq” mövzusunda hesabat məruzəsi dinləniləcək. Mövzuya dair tövsiyə qərarı qəbul ediləcək. Komissiyanın növbəti iclası ilə əlaqədar təşkilati məsələlərə baxılacaq.
Səfər çərçivəsində deputatımız Beynəlxalq Türk Akademiyasının təşkil etdiyi humanitar foruma da qatılacaq. “Böyük Çöl” adlanan forumda ortaq türk mədəniyyəti və tarixi irsinə dair müzakirələr aparılacaq.
Nemət