Azərbaycan prezidenti İlham Əliyev İstanbulda ukraynalı həmkarı Petro Poroşenko ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüş İstanbulda keçirilən Birinci Dünya Humnitar Sammiti çərçivəsində baş tutub.
Görüş zamanı Poroşenkonun Azərbaycana səfəri müzakirə mövzusu olub. Məsələ ilə bağlı Ukrayna prezidentinin rəsmi saytı məlumat yayıb.
Liderlər yaxın vaxtlarda Ukrayna-Azərbaycan ticarət-iqtisadi əlaqələri üzrə hökumətlərarası komissiyanın iclasının keçirilməsi ilə bağlı razılıq əldə ediblər.
Samir